"Neftçi"nin futbolçusu DÇ-2026-nın seçmə oyununda qələbə qazandı
"Neftçi"nin futbolçusu Alfa Kontenın şərəfini qoruduğu Syerra-Leone millisi DÇ-2026-nın seçmə qrup mərhələsi çərçivəsində növbəti oyununu keçirib.
Mediasport.az xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçinin komandası Cibuti yığmasını qəbul edib.
3-cü turun görüşü Kontenin komandasının 2:1 hesablı qələbəsilə yekunlaşıb. "Ağ-qaralar"ın üzvü meydana 67-ci dəqiqədə daxil olub.
Syerra-Leone seçməsi bu qələbə ilə A qrupunda 4 xalla 4-cü pillədə qərarlaşıb.