"Liverpul" və Fransa millisinin sabiq hücumçusu Azərbaycana gəlir

"Liverpul" və Fransa millisinin sabiq hücumçusu Azərbaycana gəlir

Futbol üzrə Fransa milli komandası və "Liverpul"un sabiq üzvü Cibril Sisse Azərbaycana gələcək.

Mediasport.az xəbər verir ki, "xoruzlar"In heyətində 2002-2011-ci illərdə 41 oyuna 9 qol vurmuş veteran forvard mayın 21-dən iyunun 1-nə qədər Bakıda keçiriləcək minifutbol üzrə dünya çempionatında iştirak edəcək.

Minifutbol üzrə Fransa yığmasında çıxış edən Sisse Bakıya gələcək 32 iştirakçı yığma üzvləri arasında yer alacaq.

Xatırladaq ki, keçmiş hücumçu böyük futbol karyerasını 2021-ci ildə başa vurub.

43 yaşlı veteran İngiltərə nəhəngindən başqa, “Oser”, “Sanderlend”, “Panatinaikos”, “Latsio”, QPR, “Əl-Qarafa”, “Kuban”, “Bastiya”, “Sen-Pyeruaz”, “İverdon” və "Viçensa"da oynayıb.