Çempionatın püşkü atıldı, Rəşad Sadıqov "Dəmir Yumruq" göstərdi
Mini futbol üzrə Azərbaycan çempionatının püşkü atılıb.
mediasport.az xəbər verir ki, püşkatmaya Azərbaycan Mini futbol Federasiyasının təsisçisi və fəxri prezidenti Orxan Məmmədov, prezidenti Taleh Nəsibov, "Qarabağ" futbol klubunun baş məşqçisi Qurban Qurbanov, futbolçusu Qara Qarayev, "Zirə" futbol klubunun baş məşqçisi Rəşad Sadıqov, futbolçusu Ruslan Abışov və Azərbaycan yığmasının keçmiş üzvü Vaqif Cavadov qatılıb.
Mini futbol. Azərbaycan çempionatı. 1-ci tur
“Aznur” - “Real" Bakı
“Sumqayıt” - “Bakı”
“Xəzər” - “Birbaşa Bakı”
“Qaradağ Lökbatan” - “Füzuli Ərgünəş”
“Dinamo” Gəncə - “Odlar Yurdu”
“Dəyirman” - “Dəmir Yumruq”
“Qarabağ” - “Galaxy” Şuşa
“Veteran” - “Zəngəzur”
QEYD: 1-ci və 2-ci yerləri tutan komandalar Çempionlar Liqasında, 3-cü yerin sahibi isə Avroliqada ölkəni təmsil edəcək.