DÇ-2022 - Argentina Niderlandı penaltilərdə yarımfinala buraxmadı

DÇ-2022 - Argentina Niderlandı penaltilərdə yarımfinala buraxmadı

Dünya Kubokunda ikinci yarımfinalçı müəyyənləşib.

mediasport.az xəbər verir ki, Xorvatiya - Braziliya oyununda olduğu kimi, günün ikinci qarşılaşmasında da qalib 120 dəqiqəlik mübarizədən sonra penaltilər seriyası ilə bilinib.

Gərgin və dramatik keçən Niderland - Argentina duelini qazanan Cənubi Amerika təmsilçisi adını yarımfinala yazdırıb. Lionel Skaloninin komandası 1/2-də Xorvatiya yığması ilə üz-üzə gələcək.

Dünya Kuboku-2022. 1/4 final mərhələsi

Niderland - Argentina 2:2

Qollar: Vout Veqorst83, 90+11 - Nahuel Molina, 35, Lionel Messi, 73-pen.

Əlavə vaxt: 0:0

Penaltilər seriyası: 3:4