Daha 2 yığma 1/4-ə çıxacaq - Polşa Fransaya, Seneqal İngiltərəyə qarşı
Bu gün Dünya Kubokunda daha iki yığma komandanın 1/4 finala çıxışı rəsmiləşəcək.
mediasport.az xəbər verir ki, 1/8 finalın ilk matçında son Dünya çempionu Fransa qrup oyunlarını çətinliklə keçmiş Polşa ilə münasibətlərini aydınlaşdıracaq. Görüşün aşkar favoriti Didye Deşamın "xoruzlar"ı sayılsalar da, sürprizlərlə dolu mundialın bu qarşıdurmasında da gözlənilməzlik yaşana bilər.
Günün ikici dueli isə İngiltərə ilə Seneqal arasında baş tutacaq. DÇ-nin favoritlərindən hesab edilən və yaxşı heyətə malik britaniyalılar da bu oyunun kağız üzərində favoritidir. Lakin Afrika təmsilçisinin geridə qalan 3 qrup görüşündə göstərdiyi çıxış belə deməyə əsas verir ki, ingilislər üçün heç də asan yem olmayacaqlar.
Dünya Kuboku-2022. 1/8 final
19:00 Fransa - Polşa
23:00 İngiltərə - Seneqal