Mahir Emreli Almaniya klubunda kollektiv məşqlərə başladı

Mahir Emreli Almaniya klubunda kollektiv məşqlərə başladı

Avqustun əvvəlində "Nürnberq"lə müqavilə bağlayan Mahir Emreli Almaniya klubunda kollektiv məşqlərə başlayıb.

Mediasport.az xəbər verir ki, Azərbaycan millisinin üzvü dünəndən etibarən kollektiv çalışmalarda iştirak edir.

2-ci Bundesliqa təmsilçisinin rəsmi saytının məlumatına görə, baş məşqçi Miroslav Kloze 27 yaşlı forvardın hazırlıqlara qoşulmasının komanda üçün faydalı olacağını bildirib.

Xatırladaq ki, Emreli almanlarla mövsümün sonunda artırıla biləcəyi şərtilə 1 illik anlaşmaya qol çəkib.