Bolqarıstanda oynayan futbolçu yığma komandamıza çağırılıb

Bolqarıstanda oynayan futbolçu yığma komandamıza çağırılıb

Bolqarıstanın “Arda” klubunun müdafiəçisi Cəlal Hüseynov Azərbaycanın U-21 yığmasına dəvət edilib.

Mediasport.az xəbər verir ki, bu barədə Bolqarıstan klubunun mətbuat xidməti məlumat yayıb.

Hüseynov AVRO-2025-in seçmə mərhələsində İngiltərə (22 mart) və Ukrayna (26 mart) ilə keçiriləcək oyunlara çağırılıb.

Hər iki oyun Bakıdakı “Azərsun Arena” stadionunda keçiriləcək və saat 16:00-da başlanacaq.