Mahir Emrelinin komandası da Türkiyə və Suriyaya başsağlığı verdi
Milli komandamızın hücumçusu Mahir Emrelinin şərəfini qoruduğu Xorvatiya "Dinamo"su da qardaş Türkiyə və Suriyada baş vermiş dəhşətli zəlzələyə biganə qalmayıb.
mediasport.az xəbər verir ki, sosial şəbəkə hesablarında paylaşımlar edən Zaqreb təmsilçisi qardaş ölkə və Suriya xalqına başsağlığı verib.
- Türkiyə və Suriya xalqının yanındayıq. Dəfələrlə Türkiyədə təlim-məşq toplanışlarında olmuşuq. çoxsaylı türk klubları ilə rəqib olmuşuq. Bu gün zəlzələdə həyatlarını itirənlərin ailələrinə, bütün zərərçəkənlərə dəstəyimizi bildiririk. Həlak olanlara rəhmət diləyirik.