Ronaldu 750-ci qolunu vurub, komandası ÇL-lə vidalaşıb - VİDEO
Dünya futbolunun canlı əfsanəsi Kriştianu Ronaldunun formasını geyindiyi Səudiyyə Ərəbistanının “Əl-Nəsr” komandası Asiya Çempionlar Liqasında mübarizəni 1/4 finalda dayandırıb.
Mediasport.az xəbər verir ki, Riyad təmsilçisi iki oyunun nəticəsinə görə Birləşmiş Ərəb Əmirliklərinin “Əl-Əyn” klubuna məğlub olub.
39 yaşlı superulduz ilk matçda 0:1 hesabı ilə uduzan "Əl-Nəsr"ə cavab görüşündə 4:3 hesablı qələbə qazandırsa da, penaltilər seriyasında komanda yoldaşları 3 dəfə qeyri-dəqiq olublar.
Portuqaliya millisinin lideri 118-ci dəqiqədə fərqlənməklə klub karyerasında vurduğu qolların sayını 750-yə çatdırıb.
Bu, Ronaldunun cari mövsüm “Əl-Nəsr”in heyətində 35-ci qolu olub.
Forvard milli komanda daxil, peşəkar karyerasında ümumilikdə 878 qol vurub.