Superliqada növbəti istefa

Superliqada növbəti istefa

Türkiyə Superliqasında növbəti baş məşqçi istefası reallaşıb.

Mediasport.az xəbər verir ki, "Konyaspor" rəhbbərliyi uğursuz çıxışlara görə Aleksandr Stanoyeviçi yola salıb.

Serbiyalı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

49 yaşlı Stanoyeviç Konya təmsilçisinə bu ilin yanvarında baş məşqçi təyin edilmişdi.

"Ağ-yaşıllar" cari mövsüm liqada 9 turdan sonra 9 xal toplayıb və turnir cədvəlinin 14-cü pilləsində qərarlaşıblar.