Qrup mərhələsi bir oyunla start götürəcək - Avropa Konfrans Liqası

Qrup mərhələsi bir oyunla start götürəcək - Avropa Konfrans Liqası

Bu gün Avropa Konfrans Liqasında 2023/2024-cü illər mövsümünün qrup mərhələsinə start veriləcək.

Mediasport.az xəbər verir ki, ilk oyun günündə 1 matç keçiriləcək.

A qrupunda yer alan "Lill" "Qarabağ"ın Avropa Liqasının pley-off mərhələsindən kənarlaşdırdığı Sloveniyanın "Olimpiya" klubunu qəbul edəcək.

Turun qalan 15 qarşılaşması sabah oynanılacaq.


Avropa Konfrans Liqası. Qrup mərhələsi. 1-ci tur


18:30 "Lill" (Fransa) - "Olimpiya" (Sloveniya)