47 ildən sonra finala çıxdılar

47 ildən sonra finala çıxdılar

Futbol üzrə Avropa Konfrans Liqasının finalına vəsiqə qazanan “Vest Hem” tarixi uğura imza atıb.

mediasport.az xəbər verir ki, bu, "çəkicdöyənlər"in 1975/1976-cı illər mövsümündən sonra avrokuboklarda ilk finalı olacaq.

Niderlandda keçirilən cavab görüşündə "Alkmaar"dan üstün olan (1:0) David Moyesin komandası son 47 ildə avrokuboklarda finala çıxa bilməyiblər. İngiltərə təmsilçisi son olaraq məhz 1975/76 mövsümündə o vaxtkı Kuboklar Kubokunun finalında oynayıb.