"Marset" rəsmiləri Azərbaycanda səfərdə olublar - FOTOLAR

"Marset" rəsmiləri Azərbaycanda səfərdə olublar - FOTOLAR

ASTA ("Azerbaijan Sport Talents Academy" - Azərbaycan İdman İstedadları Akademiyası) ilə İspaniyanın Barselona şəhərində fəaliyyət göstərən "Marset" Futbol Akademiyası arasında əməkdaşlıq davam etdirilir.

Mediasport.az xəbər verir ki, akademiya rəhbərinin oğlu Xavyer Marset, eyni zamanda, məşqçilərdən Rivero Karlos Ariasla Ragel Marmol Felipe dekabrın 6-dan 13-dək Azərbaycanda səfərdə olublar.

İspaniyalı mütəxəssislər ölkəmizdə olduqları müddətdə "Qarabağ", "Neftçi", "Sumqayıt" və "Qəbələ"nin bəzi matçlarını canlı izləyiblər. Akademiya rəsmiləri Azərbaycan futboluna böyük maraq göstərdiklərini və burada olduqları üçün məmnun olduqlarını bildiriblər.

Xatırladaq ki, səfər ASTA-nın təşəbbüsü və təşkilatçılığı ilə reallaşıb.