"Neftçi" və "Qarabağ"ın istədiyi müdafiəçi "Zenit"lə müqavilə bağladı
"Neftçi" və “Qarabağ”ın heyətinə qatmaq istədiyi Nurali Alip "Zenit"də qalıb.
mediasport.az xəbər verir ki, Sankt-Peterburq klubunda icarə əsasında çıxış edən 22 yaşlı müdafiəçi Rusiya təmsilçisi ilə 3+1 illik müqavilə bağlayıb.
Qazaxıstan yığmasının üzvü “Kayrat”a məxsus idi.