"Qəbələ" "Kəpəz"ə qarşı, "Zirə" Sumqayıt səfərində - PREMYER LİQA

"Qəbələ" "Kəpəz"ə qarşı, "Zirə" Sumqayıt səfərində - PREMYER LİQA

Premyer Liqanın 11-ci turu bu gün keçiriləcək iki qarşılaşma ilə davam edəcək.

mediasport.az xəbər verir ki, son turlar qeyri-sabit çıxış edən "Qəbələ" evdə "Kəpəz"i sınağa çəkəcək.

Autsayderlər qrupunda yer alan "Sumqayıt" isə "Zirə"dən xal almağa çalışacaq.


Premyer Liqa. 11-ci tur

“Qəbələ” – “Kəpəz”

Hakimlər: Rəşad Əhmədov, Elşad Abdullayev, Kamran Bayramov, Əli Əliyev

Hakim-inspektor: İmanxan Sultani

Qəbələ şəhər stadionu, 16:00


“Sumqayıt” – “Zirə”

Hakimlər: Fərid Hacıyev, Eyyub İbrahimov, Cəmil Quliyev, Namiq Bəkirov

Hakim-inspektor: Orxan Məmmədov

“Kapital Bank Arena”, 18:30

Turun açılış oyununda lider "Qarabağ" doğma meydanda "Turan Tovuz"dan üstün olub - 3:0. Premyer Liqada 11-ci həftəyə sabah keçiriləcək iki oyunla yekun vurulacaq: "Səbail" "Şamaxı" ilə üz-üzə gələcək, daha sonra mərkəzi matçda "Sabah" "Neftçi"nin qonağı olacaq.