Mahir "Köln"ə qarşı 45 dəqiqə oynadı, komandası səfərdə uduzdu
Futbol üzrə Almaniya 2-ci Bundesliqasında 16-cı tura yekun vurulub.
Mediasport.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Mahir Emrelinin formasını geyindiyi "Nürnberq" səfərdə "Köln"lə qarşılaşıb.
Görüş "keçilər"in 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Mahir ilk hissədə meydanda olub.
Xatırladaq ki, qələbəsizlik seriyası 6 matça çatan Miroslav Klozenin komandası turnir cədvəlində 1 pillə geriləyərək 19 xalla 13-cü pilləyə düşüb.