Qurban Qurbanovdan sağlamlıq resepti: "Şəkəri azalt, ömrünü uzat"
Azərbaycanın Əməkdar məşqçisi, “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) “Şəkəri azalt, ömrünü uzat!” kampaniyasına qoşulub.
Mediasport.az xəbər verir ki, izləyicilərə video ilə müraciə edən təcrübəli mütəxəssis sağlam qalmağın yolunu göstərib.
Q.Qurbanov bildirib ki, qida rasionuna diqqət etməli, gündəlik qidalanmada şəkər istehlakı azaldılmalı və sağlam həyat tərzinə üstünlük verilməlidir.
Qeyd edək ki, AQTA-nın “Şəkəri azalt, ömrünü uzat!” kampaniyası əhali arasında sağlam həyat tərzinin təbliğ olunması və vətəndaşların sağlam qidalanmaya, o cümlədən şəkərin normaya uyğun qaydada istehlak edilməsinə təşviq olunması məqsədilə həyata keçirilir.