UEFA Millətlər Liqası: Fernandu Santuş sualları cavablandıracaq
Sabah AFFA-nın inzibati binasında Azərbaycan milli komandasının baş məşqçisi Fernandu Santuşun mətbuat konfransı keçiriləcək.
Mediasport.az xəbər verir ki, saat 11:00-da başlanacaq tədbirdə yığmamızın UEFA Millətlər Liqasının İsveç (5 sentyabr) və Slovakiya (8 sentyabr) oyunları üçün heyəti açıqlanacaq.
Portuqaliyalı mütəxəssis mətbuat nümayəndələrinin suallarını cavablandıracaq.