Milli komandaların baş məşqçiləri ilə yenə 3 aylıq müqavilə bağlandı

 Milli komandaların baş məşqçiləri ilə yenə 3 aylıq müqavilə bağlandı

Ötən gün AFFA İcraiyyə Komitəsinin növbəti iclası keçirildi.

Mediasport.az xəbər verir ki, toplantıda müzakirə olunan məsələlərdən biri də aşağı yaş qrupları üzrə milli komandaların nəticələri olub.

Komitə federasiyanın Texniki direktoru Cahangir Həsənzadənin hesabatını dinlədikdən sonra bəzi baş məşqçilərlə bağlı qərarlar verib.

Yekun qərar əsasən, Aqil Nəbiyev (U-16), İlham Yadullayev (U-17), Füzuli Məmmədov (U-18) və Elxan Abdullayevin (U-19) müqavilə müddəti uzadılıb.

Mütəxəssislərlə anlaşma 2025-ci il yanvarın 1-dək nəzərdə tutulub.

Xatırladaq ki, AFFA-nın aşağı yaş qruplarının çalışdırıcıları ilə müqavilələri 3 aylıq bağlaması ilk hal deyil, daha əvvəl də 2 dəfə belə olub.