Avropa Liqasında 1/8 finala çıxan "Qarabağ" 1,2 milyon avro alacaq

Avropa Liqasında 1/8 finala çıxan "Qarabağ" 1,2 milyon avro alacaq

UEFA Avropa Liqasında tarix yazaraq 1/8 finala vəsiqə qazanan "Qarabağ"ın əldə etdiyi mükafatın məbləği məlum olub.

Mediasport.az xəbər verir ki, Qurban Qurbanovun komandası mərhələ keçdiyi üçün 1,2 milyon avro əldə edəcək.

Qeyd edək ki, ötən həftə Portuqaliyada "Braqa"ya 4:2 hesabı ilə qalib gələn Azərbaycan çempionu Bakıda rəqibinə 2:3 hesabı ilə uduzsa da, yekunda adını növbəti raunda yazdıran tərəf olub.