Azərbaycan çempionunun ÇL oyunu "CBC Sport"da canlı yayımlanacaq

Azərbaycan çempionunun ÇL oyunu "CBC Sport"da canlı yayımlanacaq

UEFA Çempionlar Liqasının ilkin mərhələsində iştirak edəcək futzal üzrə Azərbaycan çempionu "Araz-Naxçıvan"ın ilk 2 oyunu CBC Sportla canlı yayımlanacaq.

mediasport.az xəbər verir ki, təmsilçimiz avqustun 23-də Türkiyə çempionu "İstanbul Şişli", ertəsi gün isə Almaniyanın "Yan Regensburq" klubu ilə qarşılaşacaq.

Hər iki oyun Bakı vaxtı ilə saat 15:00-da start götürəcək.