Azərbaycan millisinin Çexiya ilə oyunlar üçün heyəti açıqlandı
Futzal üzrə Azərbaycan millisi Bakıda toplanışa başlayıb.
Mediasport.az xəbər verir ki, yığmamız 17-21 sentyabrda Zlin şəhərində təlim-məşq toplanışı və Çexiya yığması ilə 2 yoldaşlıq oyunu keçirəcək.
Futzalçılarımız sentyabrın 16-na qədər paytaxtda hazırlıq keçəcək.
Baş məşqçi Vitali Borisov məşqlərə 3-ü qapıçı olmaqla ümumilikdə 16 futzalçı dəvət edib.
Çexiya-Azərbaycan oyunları sentyabrın 19-da və 20-də Zlin şəhərində keçiriləcək.