Yüksək Liqada 2023/2024-cü illər mövsümünə yekun vurulub
Futzal üzrə Azərbaycan Yüksək Liqasında sonuncu - 20-ci nturun görüşləri keçirilib.
Mediasport.az xəbər verir ki, bununla da 2023/2024-cü illər mövsümünə yekun vurulub.
“Record club” yarışdan kənarlaşdırıldığına görə, “Baku Fire” 3 xalı meydana çıxmadan qazanıb.
“Neftçi” bu dəfə meydana legionerlərsiz çıxıb və mövsümə qələbə ilə yekun vurub.
Mövsümün son matçında isə “Araz-Naxçıvan” və U-19 üz-üzə gəlib, son çempion qələbə qazanaraq ölkə birincliklərində 17-ci belə uğurunu rəsmiləşdirib.
Qarşılaşmalardan sonra komandalara mükafatlar təqdim olunub.
“Neftçi” bürünc, “Baku Fire” gümüş, “Araz-Naxçıvan” qızıl medallarına qovuşub.
"Araz-Naxçıvan"ın çalışdırıcısı Vitali Borisova ən yaxşı baş məşqçi, 57 qol vuran “Neftçi”nin üzvü Rza Abgünə ən məhsular oyunçu nominasiyası üzrə mükafat təqdim edilib.
Mükafatları Azərbaycan Futzal Federasiyasının vitse-prezidenti Elşən Abasov və AFFA-nın baş katibinin müavini Kamran Vəliyev təqdim ediblər.