Son çempion braziliyalı ilə anlaşıb
Futzal üzrə son Azərbaycan çempionu "Araz-Naxçıvan" heyətini gücləndirmək üçün transfer çalışmalarına start verib.
Mediasport.az xəbər verir ki, UEFA Çempionlar Liqasında ölkəmizi təmsil edəcək Muxtar Respublika klubu Alisson Damasceno Masiel - Kadinyo ilə anlaşıb. Braziliyalı cinah oyunçusu mövsümün sonuna qədər "qırmızı-ağlar"ın uğurları üçün top qovacaq.
Kadinyo bu ilin yanvarından Qazaxıstanın "Jetisu" klubunda oynayıb. O, ölkəsinin ESMAC və "Guarani", İspaniyanın "Ribera Navarra", Fransanın "Nantes Metropole" kimi klublarında da forma geyinib.
"Araz-Naxçıvan" Çempionlar Liqasının ilkin mərhələsində "Sparta Belfast" (Şimali İrlandiya), "Sillamae Silla" (Estoniya) və "Uddevalla" (İsveç) klubları ilə qarşılaşacaq. Oyunlar avqustun 20-dən 25-dək İsveçdə keçiriləcək.