Azərbaycan millisinin üzvü Qazaxıstan klubundan ayrıldı

Azərbaycan millisinin üzvü Qazaxıstan klubundan ayrıldı

Futzal üzrə Azərbaycan yığmasının qapıçısı Rövşən Hüseynli Qazaxıstan klubu “Atırau”dan ayrılıb.

Mediasport.az xəbər verir ki, qolkiper bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

“Nəhayət, vidalaşmaq vaxtı gəldi. Çətin idi, amma məncə bu, düzgün qərardır. Dostlar, yaxşı komanda, çətin və yaxşı nəticələr, iki yaddaqalan mövsüm. Uğurlar, əziz azarkeşlər!

Uğurlar, “Atırau”! Uğurlar, Qazaxıstan futzalı!”.

Qeyd edək ki, 33 yaşlı qapıçı 2022/2023-cü illər mövsümünün ikinci yarısından "Atırau"nun formasını geyinib.

3 qolla qapıçılar arasında bombardirlər cədvəlində lider olan Hüseynli son mövsümdə ilin rəmzi komandasında yer alıb.