1:4 hesabı ilə uduzan MƏŞQÇİ: "Ən yaxşı oyunumuzu keçirdik"
Futzal üzrə UEFA Çempionlar Liqasının əsas mərhələsi çərçivəsində İsveçin "Örebro" klubundan sonra Serbiyanın “Lozniça Qrad” təmsilçisinə də uduzaraq qrupda qalan “Araz Naxçıvan”ın baş məşqçisi Joze Alesio Da Silva ikinci məğlubiyyətlə bağlı fikirlərini bölüşüb.
mediasport.az xəbər verir ki, braziliyalı mütəxəssis Serbiya çempionuna 1:4 hesabıyla uduzduqları oyunndan razı qaldığını deyib.
- Ən yaxşı oyunumuzu keçirdik. Statistikaya baxdıq, köməkçi məşqçi Cordan 67 epizod yaratdığımızı, qapıya 31 zərbə endirdiyimizi dedi. Amma nəticə bunu gostərmir, bu qədər epizodumuz ola-ola cəmi 1 qol vurduq. Deməli, realizə ilə bağlı problemimiz var. Bu qədər epizodlardan istifadə edə bilmirsənsə, rəqib şansını qacırmayacaq. “Lozniça Qrad” da təcrübəli komandadır. Qrupdan çıxmaq şansımız qalmayıb, amma son turda “Mostar”la keçirəcəyimiz oyuna qələbə qazanmaq üçün çıxacağıq.