Millimizin bu yarışında Almaniya debütant olacaq

Millimizin bu yarışında Almaniya debütant olacaq

Futzal üzrə U-19 milli komandamızın AÇ-2023-dəki rəqibləri noyabrda müəyyənləşəcək. MediaSport.az xəbər verir ki, Avropa çempionatının püşkü noyabrın 3-də atılacaq.

Bu dəfə yarışda rekord sayda - 36 komanda iştirak edəcək. Meydan sahibi Xorvatiya yığması mübarizəyə final mərhələsindən qoşulacaq. Qalan 35 komanda reytinqə uyğun olaraq ilkin və əsas mərhələdə gücünü sınayacaq. Debütantlar Almaniya və Maltadır. İngiltərə, Kosovo və Litva isə AVRO-2019-da iştirak etsə də, bu il təşkil olunan qitə birinciliyinə qatılmamışdı. Onlar yenidən iştirak edəcəklər. 

İlkin mərhələnin oyunları gələn il yanvarın 17-dən 22-dək, əsas mərhələnin matçları isə martın 21-dən 26-dək keçiriləcək. Yekunda 7 komanda meydan sahibi Xorvatiyaya qoşulacaq və final mərhələsi gələn il 3-10 sentyabrda Xorvatiyada təşkil olunacaq.