Azərbaycanın iki gənc karateçisi İtaliyada medal qazanıb

Azərbaycanın iki gənc karateçisi İtaliyada medal qazanıb

Karate üzrə Azərbaycan milli komandasının üzvləri İtaliyanın Venesiya şəhərində WKF növləri üzrə gənclər arasında Karate 1 Liqasında mübarizə aparıblar.

Mediasport.az xəbər verir ki, iki idmançımız yarışda medal qazanıb.

16-17 yaş oğlanlar arasında kumite yarışında Fərid Hacızadə gümüş, kata üzrə 14-15 yaşlı oğlanların mübarizəsində isə Salman Salmanov bürünc medal əldə edib.