Dünya çempionu Rafael Ağayev Braziliyada xüsusi məşq keçib

Dünya çempionu Rafael Ağayev Braziliyada xüsusi məşq keçib

5-qat dünya çempionumuz Rafael Ağayevin iştirakı ilə Braziliyada seminar təşkil olunub.

Mediasport.az xəbər verir ki, 11 qat Avropa çempionu Ribeyrao-Preto şəhərindəki Albert Sabin məktəbində “Olimpiya” komandasının üzvlərinə xüsusi məşq keçib.

Titullu idmançı “Olimpiya” kollektivinin məşqçisi Rikardo Agiarın dəvəti ilə Braziliyaya yollanıb.

Qeyd edək ki, Rafael Ağayev həm də “Tokio-2020” Yay Olimpiya Oyunlarının gümüş, İslam Həmrəyliyi Oyunları və Avropa Oyunlarının isə qızıl mükafatçısıdır.