87 karateçi Naxçıvanda kəmər imtahanında iştirak edib
Naxçıvanda 87 karateçinin iştirakı ilə kəmər imtahanı baş tutub.
Mediasport.az xəbər verir ki, İlham Əliyev adına Olimpiya İdman Kompleksində keçirilən imtahanda kihon, kata və kumite qaydalarında bacarıqları qiymətləndirilən idmançılar müvafiq kəməri təsdiq edən diplomla təltif ediliblər.
İmtahan prosesində Azərbaycan Karate Federasiyasının (AKF) baş katibi Qabil Sayadov, Məşqçilər Komitəsinin sədri Əhməd Əfəndi və məşqçi Nəriman Quliyev iştirak ediblər.
AKF, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və "Qapıçıq" Karate-do İdman Klubunun birgə təşkilatçılığı ilə gerçəkləşən kəmər imtahanı idmançıların ustalıq səviyyəsinin yoxlanılması və yeni təcrübələrin aşılanmasına xidmət edib.
Xatırladaq ki, Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən mütəxəssislər məşqçi sertifikatı almaq üçün ayrıca imtahan veriblər.