Milli komandamızın dünya çempionatı rəqibləri müəyyənləşir

Milli komandamızın dünya çempionatı rəqibləri müəyyənləşir

Bu gün futbol üzrə DÇ-2026-nın Avropa zonası üzrə seçmə qrup mərhələsinin püşkatma mərasimi keçiriləcək.

Mediasport.az xəbər verir ki, püşkatma öncəsi 4-cü səbətdə yer alan yığmamızın rəqibləri məlum olacaq.

İsveçrənin Sürix şəhərində təşkil olunacaq tədbir Bakı vaxtı ilə saat 15:00-da start götürəcək.

Seçmə mərhələ matçları 2025-ci ilin martında start götürəcək.

Dörd və beş komandadan ibarət 12 qrupun birinciləri mundiala birbaşa vəsiqə əldə edəcəklər.

Qrup ikinciləri pley-offa yüksələcəksələr.

Dünya Kuboku tarixdə ilk dəfə 3 ölkədə - Kanada, Meksika və ABŞ-də keçiriləcək və 48 komanda yarışacaq.


DÇ-2026. Səbətlər

I səbət: İspaniya, Almaniya, Portuqaliya, Fransa, İtaliya, Niderland, Danimarka, Xorvatiya, İngiltərə, Belçika, İsveçrə, Avstriya;

II səbət: Türkiyə, Ukrayna, İsveç, Uels, Macarıstan, Serbiya, Polşa, Yunanıstan, Rumıniya, Slovakiya, Çexiya, Norveç;

III səbət: Şotlandiya, Sloveniya, İrlandiya, Albaniya, Şimali Makedoniya, Gürcüstan, Finlandiya, Şimali İrlandiya, Monteneqro, Bosniya və Herseqovina, İsrail;

IV səbət: Bolqarıstan, Lüksemburq, Kosovo, Belarus, Ermənistan, Qazaxıstan, Azərbaycan, Estoniya, Kipr, Farer adaları, Latviya, Litva;

V səbət: Moldova, Malta, Andorra, Cəbəllütariq, Lixtenşteyn, San-Marino.