Nağıyevin komandası Ukrayna Premyer Liqasında oynayacaq

 Nağıyevin komandası Ukrayna Premyer Liqasında oynayacaq

Futbol üzrə Azərbaycan U-21 milli komandasının sabiq üzvü Dmitri Nağıyevin formasını geyindiyi "Obolon" Ukrayna Premyer Liqasında çıxışını davam etdirəcək.

Mediasport.az xəbər verir ki, Kiyev təmsilçisi buna "Levıy Bereq"lə pley-off mərhələsinin cavab görüşündə bərabərə qalmaqla nail olub.

İlk qarşılaşmada rəqibini məğlub edən (1:0) paytaxt klubu ümumi hesabda üstünlük qazanaraq Yüksək Liqada yerini qoruyub.

Xatırladaq ki, Azərbaycan əsilli Nağıyev 2023-cü ildən oynadığı "Obolon"da 23 matç keçirib.

O, 2015/2016-cı illərdə U-21 yığmamızın heyətində 2 dəfə meydana çıxıb.