Milli komandamızın keçmiş baş məşqçisinin yeni klubu müəyyənləşdi
2014/2017-ci illərdə futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi olmuş Robert Prosineçkinin yeni iş yeri müəyyənləşib.
mediasport.az xəbər verir ki, 55 yaşlı xorvat mütəxəssis Premyer Liqaya vəsiqə qazanmış “Rudeş”i çalışdıracaq. Bu barədə Zaqreb təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Prosineçkinin son iş yeri olub Sloveniyada “Olimpiya” olub. O, Lyublyana klubundan ötən ilin yayında istefaya göndərilib.