Millimizin forvardı 80 milyonluq Kvaratsxeliya ilə eyni siyahıda
Nüfuzlu "Transfermarkt” portalı postsovet məkanı ölkələrinin ən bahalı futbolçularının siyahısını tərtib edib.
Mediasport.az xəbər verir ki, 15 oyunçunun yer aldığı sıralamada yalnız 1 azərbaycanlı yer alıb.
Türkiyənin “Hatayspor” klubunda forma geyinən millimizin hücumçusu Renat Dadaşov 2 milyon qiymətlə 8-11-ci yerləri bölüşür.
Siyahının lideri 80 milyon avro dəyərlə İtaliyanın “Napoli” komandasının gürcüstanlı vingeri Xviça Kvaratsxeliyadır.
Postsovet məkanı ölkələrinin ən bahalı futbolçuları
1. Xviça Kvaratsxeliya - 80 milyon avro (Gürcüstan / “Napoli”)
2. Aleksandr Zinçenko - 42 milyon avro (Ukrayna / “Arsenal”)
3. Aleksandr Qolovin - 30 milyon avro (Rusiya / “Monako”)
4. Eduard Spertsyan - 18 milyon avro (Ermənistan / “Krasnodar”)
5. Baxtiyar Zaynutdinov - 6 milyon avro (Qazaxıstan / “Beşiktaş”)
6. Oleq Ryabçuk - 5 milyon avro (Moldova / “Spartak” Moskva).
7. Abbosbek Fayzullayev - 5 milyon avro (Özbəkistan / MOİK)
8. Qvidas Gineitis - 2 milyon avro (Litva / “Torino”)
9. Karl Hein - 2 milyon avro (Estoniya / “Arsenal”)
10. İlya Şkurin - 2 milyon avro (Belarus / “Stal”)
11. Renat Dadaşov - 2 milyon avro (Azərbaycan / "Hatayspor")
12. Raymonds Krollis - 1,5 milyon avro (Latviya / “Vişkov”)
13. Rüstəm Yatimov - 1,2 milyon avro (Tacikistan / “İstiqlol”)
14. Güljigit Alıkulov - 550 min avro (Qırğızıstan / “Neman”)
15. Ruslan Minqazov - 450 min avro (Türkmənistan / “Kitçi”)