Millimizin futbolçusu "Zenit"lə 2 illik müqavilə bağladı - FOTOLAR

Millimizin futbolçusu "Zenit"lə 2 illik müqavilə bağladı - FOTOLAR

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının üzvü Nigar Mirzəliyeva karyerasını "Zenit"də davam etdirəcək.

mediasport.az xəbər verir ki, 20 yaşlı müdafiəçi Sankt-Peterburq təmsilçisi ilə 2 illik müqavilə imzalayıb.

2002-ci ildə Mingəçevir şəhərində anadan olmuş Nigarın son klubu Rusiyada Kazan təmsilçisi "Rubin" olub. U-17 və U-19 yığmalarımzda çıxış etmiş müdafiəçi 2020-ci ildən əsas millimizin üzvüdür. 2021-ci ildə Rusiyaya yollanmış Mirzəliyeva orada 48 oyun keçirib.

O, klub saytına verdiyi açıqlamada bildirib ki, Rusiyanın başqa, həmçinin Türkiyə və Meksika klublarından dəvət alıb: "Düşündüm, Sankt-Peterburqun mənə daha uyğun olduğuna qərar verdim. Burada özümü daha yaxşı göstərəcəyimə inanıram. "Zenit" perspektivli komandadır. "Rubin"də əsas heyət oyunçusu idim. Bilirəm, ilk əvvəl burada bir qədər çətin olacaq. Lakin qarşıma qoyduğum bir nömrəli tapşırıq var - meydana start heyətdə çıxmaq. İndi məni ancaq bu düşündürür".