"Neftçi" ÇL-da ikinci matçına çıxdı, bu dəfə də qələbə qazana bilmədi
Qadınlardan ibarət "Neftçi" futbol komandası bu gün UEFA Çempionlar Liqasının birinci təsnifat mərhələsində ikinci matçına çıxıb.
Mediasport.az xəbər verir ki, Azərbaycan çempionu bu dəfə "Lançxuti" (Gürcüstan) ilə bacarmayıb.
Raundun görüşləri Gürcüstanın Tsxaltubo şəhərində keçirilir.
Matç Bakı vaxtilə 17:00-da başlayıb.
Xatırladaq ki, ilk matçda Avstriyanın "Sankt-Pölten" klubu Azərbaycan çempionunu məğlub etmişdi - 0:5.
UEFA Çempionlar Liqası. 1-ci təsnifat mərhələsi
7 sentyabr
"Lançxuti" (Gürcüstan) - "Neftçi" (Azərbaycan) 2:1
Baş hakim: Karolina Lanssens (Belçika).
Yan xətt hakimləri: İzabella van Gilst (Niderland).
Dördüncü hakim: Jelena Kumer (Xorvatiya)
Tsxaltubo Texniki Mərkəzi, Gürcüstan.