Millimizin baş məşqçisinin klubu "Beşiktaş"a da uduzub - VİDEO

Millimizin baş məşqçisinin klubu "Beşiktaş"a da uduzub - VİDEO

Futbol üzrə qadınlardan ibarət Türkiyə Superliqasında 13-cü turun oyunları başa çatıb.

Mediasport.az xəbər verir ki, azərbaycanlı baş məşqçi Siyasət Əsgərovun çalışdırdığı "Fomget" "Beşiktaş"a uduzub - 0:1.

Ötən tur "Qalatasaray"a da məğlub olan kollektiv çempionluq yolunda büdrəyib.

İstanbul təmsilçisinin qələbə qolunun müəllifi qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının üzvü Esra Manya olub.

Əsgərovun rəhbərlik etdiyi Ankara klubu mövsümdə ilk ev məğlubiyyətini alıb. "Fomget" yarışın turnir cədvəlində 29 xalla üçüncüdür. "Qalatasaray" 36 xalla birinci, "Fənərbağça" isə 33 xalla ikinci pillədə qərarlaşıb.

Türkiyə Superliqası. 13-cü tur

"Fomget" - "Beşiktaş" 0:1

Qol: Esra Manya, 26.