Rahib Əzim "Karate 1" Liqa yarışında qızıl medal qazanıb
Azərbaycanlı karateçi Rahib Əzim Xorvatiyanın Poreç şəhərində keçirilən “Karate 1 Liqa” yarışında "qızıl" qazanıb.
Mediasport.az xəbər verir ki, o, 76 kiloqramdan yuxarı çəki dərəcəsində fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Buna qədər Aysu Əliyeva həmin turnirdə bürünc medala yiyələnib.