Ermənini udan azərbaycanlı karateçi ABŞ-də kubok qazanıb

Ermənini udan azərbaycanlı karateçi ABŞ-də kubok qazanıb

ABŞ-nin Nyu-Hempşir ştatı üzrə 9-10 yaşlı karateçilər arasında yarış keçirilib.

Mediasport.az xəbər verir ki, kumitedə turnirin qalibi adını əslən azərbaycanlı Oğuz Nəsibov qazanıb.

İdmançı yarımfinalda erməni rəqibini üstələyib. Ona təşkilatçılar tərəfindən kubok təqdim olunub.

Oğuz Nəsibov kata proqramında ikinci yeri tutub.