Milli üzvlərinin komandaları qol buraxmadan qələbə qazandılar
Legioner həyatı yaşayan Azərbaycan millisinin üzvləri çıxış etdikləri komandalarda növbəti oyunlarına çıxıblar.
Mediasport.az xəbər verir ki, Malayziya Superliqasının 15-ci turunda Eddi İsrafilovun komandası "Cohor Darul Tazim" NSFC-ni üstələyib.
Eddi görüşə start heyətdə başlayıb. 58-ci dəqiqədə sarı vərəqə ilə cəzalanıb. 64-cü dəqiqədə əvəzlənib.
Vüsal İsgəndərlinin formasını geydiyi "Boluspor" Türkiyə 1-ci Liqasının 11-ci turunda öz meydanında "Ümraniyəspor"u məğlub edib.
Vüsalın adı matçın protokoluna daxil edilməyib.
1 noyabr
Türkiyə 1-ci Liqası. 11-ci tur
"Boluspor" - "Ümraniyəspor" 3:0
Malayziya Superliqası. 15-ci tur
NSFC - "Cohor Darul Tazim" 0:4