Millimizin futbolçusu klubsuz qaldı

Millimizin futbolçusu klubsuz qaldı

U-21 milli komandamızın hücumçusu Mustafa Yıldırım klubsuz qalıb. MediaSport.az xəbər verir ki, türkiyəli hücumçu “İstanbulspor”dan ayrılıb.

20 yaşlı futbolçu klubdan ayrılması barədə sosial şəbəkədə paylaşım edib: “İstanbulspor”la olan sözləşməmə qarşılıqlı razılıq əsasında xitam verildi. Bu günə qədər mənə etdikləri hər şey üçün kluba təşəkkür edirəm”.

Əsas komandada oynamaq şansı qazanmayan Mustafanın karyerasının hansı klubda davam etdirəcəyi məlum deyil. “Alanyaspor”un yetirməsi İstanbul klubunun üzvü olsa da, icarə əsasında “Pazarspor”da oynayırdı.