UEFA Millətlər Liqası: Yığmamız səfərdə Slovakiyaya uduzdu
Bu gün futbol üzrə Azərbaycan yığması UEFA Millətlər Liqasının C Liqasında 1-ci turun ikinci qarşılaşmasını səfərdə Slovakiyaya qarşı keçirib.
Mediasport.az xəbər verir ki, yeni mövsümdə turnirə İsveçə məğlub olaraq start verən millimiz (3:1) Koşitse şəhərində də yenilgi alıb.
Qarşılaşma 26 ildən sonra ilk dəfə yenilənmiş "Koşitse Futbol Arenası"nda keçirilib.
UEFA Millətlər Liqası. C Liqası. 1-ci tur
Slovakiya - Azərbaycan 2:0
Qollar: Andrey Duda, 22-pen., David Streleç, 26.
Baş hakim: Damian Silvestrjak.
Yan xətt hakimləri: Pavel Sokolniçki, Adam Karaseviç.
Dördüncü hakim: Martsin Koçanek.
Slovakiya, Koşitse, "Koşitse Futbol Arena".
Slovakiya: Martin Dubravka, Norbert Dyomber, Milan Şkrinyar, Adam Obert, David Hanzko, Stanislav Lobotka, Ondrey Duda, Yuray Kuçka, Tomaş Suslov, Lukaş Haraslin, David Streleç.
Baş məşqçi: Françesko Kaltsona.
Azərbaycan: Mehdi Cənnətov, Rahil Məmmədov, Bədavi Hüseynov, Amin Seydiyev, Elvin Cəfərquliyev, Elvin Camalov, Aleksey İsayev, Emil Mustafayev, Toral Bayramov, Ozancan Kökçü, Renat Dadaşov.
Baş məşqçi: Fernandu Santuş.