Millimiz Gürcüstana 7 qol vurdu

  Millimiz Gürcüstana 7 qol vurdu

Çimərlik futbolu üzrə Azərbaycan milli komandası dünya çempionatının seçmə mərhələsində ikinci oyununu keçirib.

Mediasport.az xəbər verir ki, yığmamız İspaniyanın Kadiz şəhərində Gürcüstanı 7:2 hesabı ilə məğlub edib.

A qrupunda yer alan komandamız ilk oyununda İngiltərə 4:0 hesablı qələbə qazanıb.

Millimiz 7 oktyabr, 20:00-da İspaniya ilə üz-üzə gələcək.