"Sumqayıt" icarəyə götürdüyü braziliyalını geri qaytardı - RƏSMİ
"Sumqayıt" daha bir futbolçu ilə yollarını ayırıb.
Mediasport.az xəbər verir ki, mövsümün əvvəlində icarəyə götürülən Oktavio Manteka ilə müqavilə uzadılmayıb.
Braziliyalı futbolçu müqavilə ilə məxsus olduğu Bolqarıstanın “ÇSKA 1948” klubuna geri qayıdıb.
30 yaşlı yarımmüdafiəçi Premyer Liqada 26, kubokda isə 3 matçda forma geyinib.
Samir Abasovun baş məşqçisi olduğu komanda bunadək Erik Sorqa, Orxan Sadıqlı və Abu Dosso ilə vidalaşıb.