Kadi Borges: "Bilmirəm sizin bu suala necə cavab verim, bəlkə bəxtsizlik..."

Kadi Borges: "Bilmirəm sizin bu suala necə cavab verim, bəlkə bəxtsizlik..."

"Qarabağ"ın futbolçusu Kadi Borges Avropa Liqasının qrup mərhələsinin 6-cı turunun "Frayburq"la (1:1) oyunundan sonra mediasport.az saytına açıqlama verib.

- Komandamızın oyunu ilə qürur duyuram. Son matça kimi qrupdan çıxmaq şansımızı saxlayırdıq. Sona qədər mübarizə apardıq. Belə oyunların taleyini detallar həll edir. Çoxlu qol vəziyyətləri yaratdıq. Təəssüf ki, bunlardan istifadə edə bilmədik. Rəqib isə istifadə etdi. 

Çoxlu qol vəziyyəti demişkən, son iki oyunda sən özün də qol epzidolarında bir neçə dəfə bəxtsizlik yaşadın...

- Bilmirəm sizin bu suala necə cavab verim. Bəlkə də texniki səhvlərə görə qol vurmağım alınmadı, bəlkə də bəxtsizlikdir. Tam izah edə bilmirəm. Bəzən olur ki, oyunda yanlış qərar verirsən, qolla nəticələnir. Bəzən də hər şeyi doğru edirsən, qol vura bilmirsən. Çıxış yolu daha çox işləməkdir. 

Çempionlar Liqasında qrupa düşsəydik, "Barselona" rəqib ola bilərdi, Avropa Liqasında pley-offa yüksəlsəydik, yenə "Barselona" Bakıya gələ bilərdi, amma reallıq Konfrans Liqası oldu.

- Bütün bunlar ehtimallardır. Sizin də dediyiniz kimi, reallıq budur ki, Konfrans Liqasında yolumuza davam edəcəyik. Gözləyək, görək bəxtimizə hansı komanda düşəcək. Növbəti mərhələyə keçmək üçün hazırlaşacağıq.

Elvin