Millimiz İtaliyada 4 medal qazanıb - Ümumi medalların sayına görə...

  Millimiz İtaliyada 4 medal qazanıb - Ümumi medalların sayına görə...

Azərbaycanın savat idman növü üzrə milli komandası İtaliyadakı beynəlxalq turnirdə 4 medal qazanıb.

Mediasport.az xəbər verir ki, Cenova şəhərində baş tutan yarışda yığmamız 3 qızıl, 1 gümüş medala yiyələnib.

Assault və precombat növü üzrə təşkil edilən yarışda Raul Hüseynzadə (30 kq), Məhəmməd Məmmədli (48 kq), Yasin İbrahimov (56 kq) birinci, Nihat Quliyev (60 kq) isə ikinci yeri tutub.

Gənclərdən və kadet idmançılardan ibarət heyət turnirdə yığmanın baş məşqçisi Taleh Nağızadənin rəhbərliyi altında çıxış edib.

Beynəlxalq turnirdən qazanılan ümumi medalların sayına görə ev sahibi İtaliya millisindən sonra Azərbaycan yığması ikinci yeri tutub.