Federasiya prezidenti yığma komandamızın məşqini izləyib
Azərbaycan Voleybol Federasiyasının prezidenti Şahin Bağırov Qızıl Avropa Liqasında mübarizə aparan qadın voleybolçulardan ibarət yığmamızın məşqində olub.
Mediasport.az xəbər verir ki, qurum rəhbəri GİN-in Voleybol Mərkəzində təşkil olunan məşqdən əvvəl komandamızın üzvləri və məşqçilər heyəti ilə görüşüb.
Bağırov bu gün Bakıda start götürəcək 3-cü mərhələdə millimizin daha uğurlu çıxış edəcəyinə, Estoniya və Avstriya yığmalarına qalib gələcəklərinə əminliyini ifadə edib.
Voleybolçularımız da doğma meydanda hər iki qarşılaşmada qələbə qazanmaq üçün əllərindən gələni edəcəklərini bildiriblər.