Millimiz "quru hesabla" uduzub
18 yaşadək voleybolçu qızlar arasında Şərqi Avropa Zonal Assosiasiyası (EEVZA) çempionatına start verilib.
Mediasport.az xəbər verir ki, Latviyanın Dauqavpils şəhərində təşkil olunan yarışda mübarizə aparan Azərbaycan komandası ilk matçını meydan sahibinə qarşı keçirib.
Görüş daha təcrübəli oyunçulardan təşkil olunmuş Latviya komandasının üstünlüyü ilə keçib. Voleybolçularımız 0:3 hesabı ilə məğlub olublar (14:25, 6:25, 9:25).
Komandamız növbəti oyununu noyabrın 21-də Ukrayna yığmasına qarşı keçirəcək.
Görüş Bakı vaxtı ilə saat 15:30-da başlanacaq.
Oyunçular: Xədicə Hadızadə, Aişa Alismanova, Ariadna Neçay, Leyla Əliyeva, Dinara Əlisultanova, Arzu Allahverdiyeva, Nəzrin Kərimli, Lina Qurbanova, Sona Atayeva, Əzizə Qurbanova, Təhminə Mustafazadə, Xədicə Seyidli, Aylin Əliyeva, Nəsrin Məmmədli
Baş məşqçi: Şahin Çatma
Köməkçi məşqçilər: Nina Neçay, Səbinə Yarməmmədova, Yelena Məmmədova