AVF rəsmisi Lüksemburqda CEV İdarə Heyətinin iclasına qatılıb

 AVF rəsmisi Lüksemburqda CEV İdarə Heyətinin iclasına qatılıb

Avropa Voleybol Konfederasiyasının (CEV) İdarə Heyətinin növbəti iclası keçirilib.

Mediasport.az xəbər verir ki, Lüksemburqda təşkil olunan tədbirdə CEV-in prezidenti Roko Sikiriç və qurumun İdarə Heyətinin üzvləri iştirak ediblər.

Toplantıda Azərbaycan Voleybol Federasiyasının prezidentinin müşaviri, CEV-in İdarə Heyətinin üzvü Cəlil Cəfərov da iştirak edib.

Roko Sikiriç həm Avropa, həm də dünya üzrə baş tutacaq yarışlardan danışıb.

Həmçinin tədbirdə cari ildə keçirilən qitə ölkələrinin yerli çempionatları və beynəlxalq yarışlar haqqında ətraflı məlumat verilib.

İclasda il ərzində görülən və nəzərdə tutulan işlərin icrası ilə bağlı geniş müzakirələr aparılıb.