Bakı klubundan 3 TRANSFER

Bakı klubundan 3 TRANSFER

Qadın voleybolçulardan ibarət “Milli Aviasiya Akademiyası” heyətinə yeni oyunçular cəlb edib.

Mediasport.az xəbər verir ki, Bakı təmsilçisi "Gəncə"dən Leyla Parşkova, UNEC-dən Mariana Abuyeva və Belarusun "Jemçujina" klubundan Nataliya Qonçarova ilə güclənib.

Hər üç voleybolçu ilə növbəti mövsümün sonunadək müqavilə imzalanıb.

Voleybolçu son olaraq ölkəsinin “Jemçujina” komandasının formasını geyinib.

Nataliya daha əvvəl ölkəmizdə "Abşeron"un formasını geyinib.

Xatırladaq ki, “Milli Aviasiya Akademiyası” geridə qalan mövsümdə çempionatda 5-ci olub.